Modern.az

Liberman Bakıya gəlir - SƏBƏB

Liberman Bakıya gəlir - SƏBƏB

Aktual

24 Aprel 2022, 13:48

İsrailin maliyyə naziri Aviqdor Liberman yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə bu gün Azərbaycana gələcək.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

 

İsrail maliyyə nazirinin Azərbaycana səfərində əsas məqsəd neft və xüsusi yanacaq əlavəsi olan karbamid, həmçinin buğda idxalı ilə bağlıdır.

 

İddialara görə, İsrail müharibədən öncə neft və yanacağı Rusiyadan, buğdanı isə Ukraynadan aldığı üçün hər iki məhsul üçün alternativ ölkə kimi Azərbaycanı seçib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı