Türkiyənin Daxili İşlər Nazirliyi Şırnak bölgəsində yeni antiterror əməliyyatlarına başlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyatlara 581 polis və jandarma qüvvələri cəlb olunub.
"Eren Abluka-5 Şəhid Jandarma Er Şakir Elkovan" adlı əməliyyat əsasən Qabar dağı bölgəsində aparılacaq. Artıq ilk saatlarda PKK yaraqlılarına məxsus mağaralarda xeyli sayda kustar üsulla hazırlanan bombalar və silah-sursat aşkar edilib.
Turan