Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukraynanın şərqində saxlanılan Xüsusi Monitorinq Missiyasının (SMM) bir sıra üzvlərinin azad edilməsi üçün çalışdığını bildirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ATƏT milli SMM missiyasının üzvlərinin Donetsk və Luqanskda həbsdə olmasından son dərəcə narahatdır:
"ATƏT öz əməkdaşlarının azadlığa buraxılması üçün bütün mövcud kanallardan istifadə edir”, - ATƏT-in mətbuat xidməti sorğuya cavab olaraq, heç bir təfərrüat açıqlamadan qeyd edib.
ATƏT-in mətbuat xidmətindən bildirilib ki, SMM missiyası Ukraynada qalan heyətə yardım göstərməkdə davam edir.