Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, barədə Türkiyə Prezidenti Administrasiyasından məlumat verilib.
Məlumata görə, söhbət zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr və danışıqlar prosesi ilə bağlı məsələlər müzakirə edilib.
Prezident Ərdoğan ukraynalı həmkarına vəziyyətin gündən-günə daha da acınacaqlı hala gəldiyi Mariupolda yaralıların və mülki şəxslərin təxliyəsinin təmin edilməli olduğunu bildirib.