Bu gün səhər saatlarında Fransada keşiş bayram ayini vaxtı bıçaqlanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Nitsa şəhərindəki "Saint-Pierre-d'Arne" kilsəsində baş verib.
Hadisəni törədən və Nitsada yaşayan 31 yaşlı şəxş polisə verdiyi ifadə ilə hər kəsi təəccübləndirib. O, prezident seçkiləri günü Makronu öldürmək istədiyini deyib:
"Sonra fikrimi dəyişdim. Beləliklə, kilsəyə gedərək Makronun əvəzinə keşişi bıçaqlamağı qərara aldım".
Qeyd edək ki, bu gün Fransada prezident seçkilərinin ikinci turu keçirilir.