Modern.az

Rusların medalları amerikalılara veriləcək

Rusların medalları amerikalılara veriləcək

Aktual

24 Aprel 2022, 17:19

Rusiyalı üzgüçülər Artem Lobuzovun qanında qadağan olunmuş maddələrin aşkarlanması səbəbindən diskvalifikasiya edildiyinə görə, 2016-cı il dünya çempionatının qızıl medallarından məhrum olacaqlar.

 

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Üzgüçülük Federasiyasından (FINA) məlumat verilib.

 

Bildirilib ki, qızıl medallar ABŞ komandasına veriləcək.

 

Qeyd edək ki, Lobuzov digər üç idmançı ilə birgə 4x200 metr məsafəyə sərbəst üsulla estafetdə qalib gəlib. Bu il martın sonunda FINA-nın antidopinq komissiyası onu 4 il müddətinə diskvalifikasiya edib.

 

“Lobuzovla birgə bütün komanda üzvləri diskvalifikasiya edilib. Onlardan medallarını geri qaytarmaq tələb olunub. FİNA mükafatları yenidən bölüşdürəcək”, - federasiyadan bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı