Modern.az

Millimizin üzvü Almaniyada daha bir qol vurdu

Millimizin üzvü Almaniyada daha bir qol vurdu

Aktual

24 Aprel 2022, 18:54

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” növbəti matçına çıxıb.

 

Kollektiv doğma meydanda “Hanza Rostok”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

 

Nazarov matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu millimizin yarımmüdafiəçisi vurub. Dmitri 45-ci dəqiqədə komanda yoldaşının ötürməsini dəqiq zərbə ilə tamamlayaraq hesabı 2:1 edib. Fasilədən sonra daha bir qol buraxan auelilər qələbəni əldən veriblər.

 

Qeyd edək ki, 31 oyundan sonra 23 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı