Modern.az

Cüdoçularımız Avropada iki qızıl medal qazandı

Cüdoçularımız Avropada iki qızıl medal qazandı

Aktual

24 Aprel 2022, 20:27

Azərbaycan cüdoçuları Xorvatiyanın Dubrovnik şəhərində keçirilən böyüklər arasında Avropa kuboku turnirində daha iki qızıl medal qazanıblar.

 

Modern.az xəbər verir ki, qızıl medalları komandamızın aktivinə Zelim Tçkayev (81 kq) və İmran Yusifov (+100 kq) yazdırıblar.

 

Qeyd edək ki, bundan əvvəl komandamızın üzvləri İsmayıl İbrahimov (66 kq) və Nəriman Mirzəyev (73 kq) qızıl medala sahib olublar. Digər cüdoçumuz Nazir Talıbov (60 kq) isə bürünc medal qazanıb.

 

Avropa kuboku yarışında 25 ölkədən 300-ə yaxın cüdoçu iştirak edib. Azərbaycan turnirə 10 cüdoçu ilə qatılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı