Modern.az

“Neftçi” avrokuboklarda iştirak edəcək

“Neftçi” avrokuboklarda iştirak edəcək

Aktual

24 Aprel 2022, 21:59

"Neftçi" klubu Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün başa çatmasına 4 tur qalmış avrokuboklara vəsiqəni təmin edib.

 

Modern.az xəbər verir ki, "Neftçi" buna XXIV turda "Səbail"ə qalib gəlməklə nail olub.

 

"ASCO Arena"da 1:0 hesablı qələbədən sonra xallarını 47-yə çatdıran paytaxt təmsilçisinin yeni mövsümdə ən azı UEFA Konfrans Liqasında mübarizə aparacağı dəqiqləşib.

 

Qeyd edək ki, hazırda turnir cədvəlinə 58 xalla "Qarabağ" başçılıq edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı