Modern.az

Rusiyanın neft bazasında YANĞIN

Rusiyanın neft bazasında YANĞIN

Aktual

25 Aprel 2022, 08:33

Rusiyanın Bryansk vilayətində neft bazası ərazisində yanğın baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Bryansk vilayəti üzrə Baş İdarəsindən bildiriblər.

 

"Aprelin 25-i saat 02:00-da Rusiya Fövqəladə Hallar Nazirliyinin Bryansk vilayəti üzrə Baş İdarəsinin operativ növbətçiliyinə aşağıdakı ünvanda yanğınla bağlı məlumat daxil olub: Bryansk, Fokinski rayonu, Moskovski prospekti. Çağırış yerinə yanğınsöndürmə və xilasetmə briqadaları göndərilib. Müəyyən edilib ki, neft bazasının ərazisində yanğın olub", - deyə açıqlamada deyilir.

 

Digər təfərrüatlar barədə məlumat verilmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!