Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə aprelin 23-nə keçən gecə Qaraxuçur qəsəbəsindən H.Hətəmlinin “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ramiz İsmayılov qəsəbə ərazisində avtomobillə birlikdə saxlanılıb.
Rəsmi məlumata görə, faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.