Modern.az

Avtomobili betona çırpdı - Özü və xanımı öldü

Avtomobili betona çırpdı - Özü və xanımı öldü

Aktual

25 Aprel 2022, 10:08

Aprelin 23-də 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, ilk hadisə saat 13 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində baş verib. Belə ki, Bakı şəhər sakini Pərviz Qafarov idarə etdiyi “Toyota” markalı avtomobili beton yol ayırıcısına vurub. Nəticədə sürücü və sərnişini olan həyat yoldaşı Afət hadisə yerində ölüb.


Aprelin 23-də saat 7 radələrində isə Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində Bakı şəhər sakini O.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini Adil Hüseynovu vurub və nəticədə piyada hadisə yerində ölüb.


Hər iki faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı