Modern.az

Ukrayna münaqişəsi ciddi problemlərə səbəb olacaq

Ukrayna münaqişəsi ciddi problemlərə səbəb olacaq

Aktual

25 Aprel 2022, 10:30

Ukrayna müharibəsi son nəticədə bir sıra Avropa ölkələrində sosial və iqtisadi problemlərə gətirib çıxara bilər.

 

Modern.az xəbər verir ki,  bunu  “Hürriyet” qəzetinə müsahibəsində Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

 

“Müharibə uzanarsa, Avropa ölkələrində sosial və iqtisadi problemlər yaranacaq. Bu vəziyyət həmin ölkələrin xalqlarına təsir edəcək”, - deyən nazir hansı Avropa dövlətlərindən bəhs etdiyini açıqlamayıb.

 

Eyni zamanda, Akar, qəzetin yazdığına görə, jurnalistin Türkiyənin Finlandiyanın NATO-ya mümkün daxil olmasına dəstək olub-olmaması sualını cavablandırmaqdan yayınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?