Rusiya təhlükəsizlik qüvvələri telejurnalist Vladimir Solovyovun qətlinə hazırlaşan neonasistləri saxlamağa müvəffəq olub.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) yaydığı məlumatda bildirilib.
“Axtarışlar zamanı onlardan kustar üsulla hazırlanmış partlayıcı maddələr, 8 ədəd “Molotov kokteyli”, 6 ədəd “Makarov” tapançası, mişarlanmış ov tüfəngi, 1 ədəd RQD-5 qumbarası, mindən çox müxtəlif çaplı patron, narkotik vasitələr, qrupun fotoşəkilləri olan saxta Ukrayna pasportları götürülüb. Cinayətkar qruplaşmanın üzvləri Solovyovun qətlinin hazırlanması ilə bağlı etiraflar verib, bundan sonra xaricdə gizlənməyi planlaşdırıblar", - məlumatda vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl Prezident Vladimir Putin tanınmış rusiyalı jurnalistə qarşı sui-qəsdin qarşısını aldığını bəyan edib. Eyni zamanda o, hücumun Kiyevin göstərişi ilə hazırlandığını söyləyib.