Modern.az

Qarpız sahələri sığortalanacaq

Qarpız sahələri sığortalanacaq

Aktual

25 Aprel 2022, 15:46

Azərbaycanda ilk dəfə olaraq qarpız sahələrinin sığortalanmasına başlanılıb.

 

Aqrar Sığorta Fondundan Modern.az-a verilən məlumata görə, digər əkin sahələrində olduğu kimi qarpız təsərrüfatları üzrə də sığorta haqqının yarısı fermerlərə dəstək üçün dövlət tərəfindən ödənilir.

 

Aqrar sığorta qarpız əkinlərini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.

 

Qarpız təsərrüfatlarının baza sığorta zərfi ilə sığorta tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 2,17% - 5,12% arasında dəyişir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı