Modern.az

UNEC-də seminar: Dizayn nədir?

UNEC-də seminar: Dizayn nədir?

Aktual

25 Aprel 2022, 17:20

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “UNEC Future Club” Tələbə Təşkilatının, “Shining İnterior Studio” və “Ulviyya&Ulkar” şirkətlərinin birgə təşkilatçılığı ilə “Dizayn nədir?” mövzusunda seminar keçirilib.

 

UNEC-dən Modern.az-a bildirilib ki, seminarın təlimçiləri “Shining İnterior Studio” şirkətinin baş dizayneri Pərvanə Alməmmədova, “Ulviyya&Ulkar” şirkətinin moda dizayneri Ülkər Bayramova və rəssam-illüstrator Aygün Həsənova olublar.

 

Tədbirdə Dizayn kafedrasının müdiri Elfanə Qasımova, UNEC Dizayn məktəbinin direktoru Lalə Məmmədova dizayn ixtisası barədə ümumi məlumat veriblər.

 

Təlimçilər moda, interyer və qrafik dizayn haqqında ətraflı danışıb və tələbələrin suallarını cavablandırıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı