Modern.az

Erməni revanşistlər Vətən müharibəsini unutmamalıdır

Erməni revanşistlər Vətən müharibəsini unutmamalıdır

Aktual

25 Aprel 2022, 17:50

Humanizm prinsipləri ölkəmizin siyasi kursunun əsas xətlərindən biridir. Azərbaycan Cənubi Qafqazda davamlı sülhə sədaqətini ləyaqətli şəkildə nümayiş etdirir. Təəssüf ki, Ermənistan hakimiyyətinin qeyri-konstruktivliyi sülh sazişinin bağlanmasına ciddi manelər yaradır.


Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.


Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışında bildirdiyi kimi, XXI əsrdə qonşu dövlətin Azərbaycan torpağının böyük hissəsini işğal altında saxlaması, şübhəsiz ki, mümkün deyil:

 

"Ölkəmiz bu işğala son qoyaraq dünyanın qəbul etdiyi yeni reallıqlar yaradıb. Amma qəsbkar dövlətin ordusu təmas xəttində təxribatlar törətməkdən belə çəkinmir. Azərbaycan isə əksinə, sülh prosesi üçün aktiv diplomatik təmasların qurulması istiqamətində ciddi işlər görür.


İki ölkənin xarici işlər nazirliklərinin işçi qrupları formalaşdırdıqlarını vurğulayan ölkə başçısı birmənalı şəkildə bildirir ki, Azərbaycanın Ermənistana təqdim etdiyi beş prinsip əsasında sülh müqaviləsinin bağlanması mümkündür. Yalnız bundan sonra Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələr qurula bilər. Şübhəsiz ki, Prezident İlham Əliyevin qurultayda xatırlatdığı kimi, bizim təkliflərimiz xoş niyyətilidir və bu, Ermənistan üçün yeganə çıxış yoludur. 


Yeri gəlmişkən, Prezident İlham Əliyev Brüssel görüşünün nəticələrinə uyğun olaraq, sülh müqaviləsinin hazırlanması üzrə qarşı tərəflə “Bakı-Yerevan” formatında danışıqlara hazır olduğunu bildirməklə təqdim olunan beş prinsipin əsas götürülməsinin vacibliyini vurğulayıb".

 

Deputat qeyd edib ki, Şarl Mişel aprelin 19-da öz “Twitter” səhifəsində bir daha Aİ Şurasının Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üzrə bütün səyləri dəstəklədiyini bildirib:

 

“Mən Brüssel müzakirələrimizin davamı olaraq Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar keçirdim. Aİ Şurası Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üzrə bütün səyləri dəstəkləyir”, - deyə yazıb.


Bu məqamda onu da xatırladım ki, Prezident İlham Əliyevin Brüsselə məlum səfəri səfəri, Aİ Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlətimizin başçısının dünyada böyük nüfuzunun göstəricisi, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur.


Prezident İlham Əliyev işğaldan azad olunan torpaqlarda minaların təmizlənməsi müzakirə mövzusu olmaqla yanaşı, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 min nəfərə yaxın soydaşımızın taleyinin müəyyən edilməsi məqsədilə Avropa İttifaqının ölkəmizə dəstək vermək niyyəti də alqışlanıb".


Son olaraq Rəşad Mahmudov qeyd edib ki, Azərbaycan bütün danışıqlarda səmimi, dürüst siyasət sərgiləyir, normal qonşuluq münasibətlərinin yaranması istiqamətində ardıcıl səylər göstərir, sülhə sədaqətini bütün dünyaya nümayiş etdirir. Bütün bunların fonunda isə erməni revanşizmi Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil etməkdə çətinlik çəkir. Unudur ki, İkinci Qarabağ müharibəsinin dərslərindən nəticə çıxarmamaq, yenidən “Dəmir yumruq”la rastlaşmağa gətirib çıxara bilrər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı