Modern.az

Kiyevdən Qərbə TƏLƏB - İvanişviliyə sanksiya tətbiq edilsin!

Kiyevdən Qərbə TƏLƏB - İvanişviliyə sanksiya tətbiq edilsin!

Aktual

25 Aprel 2022, 21:42

Ukraynanın hakim “Xalqın qulluqçusu” partiyasının parlament fraksiyasının rəhbəri David Araxamia Gürcüstanın keçmiş Baş naziri, milyarder Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edilməsi xahişilə Qərb ölkələrinə müraciət etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, Rusiya Federasiyası ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə başçılıq edən Araxamia oliqarx İvanişvilinin “Rusiya siyasi elitası ilə sıx bağlı olduğuna” əmindir. 

 

“Bu gün İvanişvili gürcü Yanukoviçə çevrilib”, - David Araxamia deyir. O, hesab edir ki, Qərb ölkələri Bidzina İvanişviliyə sanksiyalar tətbiq etməlidir.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı