Modern.az

"Qarabağın su hövzələrində yarış keçirilə bilər" - Əhməd İsmayılov

"Qarabağın su hövzələrində yarış keçirilə bilər" - Əhməd İsmayılov

Aktual

26 Aprel 2022, 13:40

"Bakı buxtasında yelkənli idman üzrə beynəlxalq yarışlar keçirilə bilər".

 

Modern.az xəbər verir ki, bunu, Azərbaycan Yelkən Federasiyasının Ümumi Yığıncaq üzvü, MEDİA-nın direktoru Əhməd İsmayılov mətbuat konfransında deyib.

 

O, yeni əcnəbi mütəxəssislərin gəlişi ilə hədəf və ambisiyaların böyüdüyünü bildirib: "Klublarımızda rəqabətin artırılması ilə yeni idmançıları heyətə cəlb edəcəyik. Təhsil Nazirliyinin də dəstəyi ilə məktəblilərin bu növə marağını artırmaq istəyirik. Rəqabət nəticəsində gələcək beynəlxalq yarışlarda yüksək nəticələr göstərəcəyik".

 

İsmayılov federasiyada Şuşa ilə bağlı müzakirələrin aparıldığını söyləyib: "Bu növdə külək əsas xüsusiyyətdir. Məhz Şuşanı deyə bilmərəm, amma Qarabağın su hövzələrində qiymətləndirmə aparıldıqdan sonra orada yarış keçirilə bilər".

Sizə yeni x var
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir