Modern.az

Saakaşvilinin vəziyyəti ağırdır, ÖLƏ BİLƏR

Saakaşvilinin vəziyyəti ağırdır, ÖLƏ BİLƏR

Aktual

26 Aprel 2022, 14:33

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvilinin nevroloji və fiziki vəziyyəti o qədər ağırdır ki, əlilliyə və ya ölümə yaxındır, onun xaricdə müalicəyə ehtiyacı var.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Ombudsmanı yanında yaradılmış şuranın üzvü Otar Toidze bildirib.

 

"Vaxt azdır, vəziyyəti o qədər ağırdır ki, onun təcili hansısa xarici klinikada müalicəyə ehtiyacı var. Getdikcə xəstəni əlilliyə, daha sonra ola bilsin ki, ölümə aparacaq. Hazırda keçirdiyi nevroloji proseslərə əsaslanaraq onun vəziyyətini geri qaytarmaq mümkün olub-olmadığını bilmirəm. Doğrudanmı ölən prezidenti göstərməliyik ki, əhali onun vəziyyətinə inansın?”, - həkim jurnalistlərə bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!