Binəqədi Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Modern.az xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Seymur Xanlar oğlu Əliyev Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Seymur Xanlar oğlu Əliyev 2013-cü ildən Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində müfəttiş operator vəzifəsində çalışıb.