Modern.az

UNEC-də əyləncəli-bədii proqram təşkil olunub

UNEC-də əyləncəli-bədii proqram təşkil olunub

Aktual

26 Aprel 2022, 14:08

Xarici dillər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə tələbə və müəllimlər ingilis dilində maraqlı səhnəciklər qurublar, mahnılar və şeirlər səsləndiriblər.

 

Modern.az xəbər verir ki, tədbirin aparıcıları kafedranın dosenti Aysel Xəlilova və Prezident təqaüdçüsü Kamran Mustafayev olub. Müəllimlərdən dosent Aysel Xəlilova “İngilis dili dərsi” adlı səhnəcikdə çıxış edib, Kəmalə Seyfiyeva “When we too partied” adlı şeirini səsləndirib, Əminə Fərzəliyeva isə musiqi parçası ifa edib. Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələrinin ingilis dilində səhnələşdirdikləri “Xoshgadam Show” auditoriyanın marağına səbəb olub.

 

Bədii hissədən sonra Xarici dillər kafedrasının müdiri professor Afət Abbasova maraqlı çıxışlar üçün tələbə və müəllimlərə təşəkkürünü bildirib, tədbirin ənənəvi olaraq hər il keçiriləcəyini diqqətə çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı