Modern.az

Putin və Ərdoğan bu mövzuda razılaşdı

Putin və Ərdoğan bu mövzuda razılaşdı

Aktual

26 Aprel 2022, 16:54

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının mövzusu məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

“Rusiya Prezidenti Vladimir Putin Ərdoğana bildirib ki, Mariopul şəhəri "azad edilib" və orada hərbi əməliyyatlar aparılır. Kiyev bundan sonra siyasi məsuliyyəti öz üzərinə götürməlidir. Liderlər bundan başqa Türkiyə gəmilərinin Rusiya tərəfinin təşkil etdiyi dəniz humanitar dəhlizi boyunca Qara dənizdəki limanlardan təhlükəsiz şəkildə çıxması üçün iki ölkənin müdafiə nazirlikləri arasında koordinasiyanı davam etdirməyə razılaşıblar”,- deyə məlumatda qeyd olunub.

 

Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. 

 

Həmçinin oxuyun:

Ərdoğanla Putin Ukraynanı müzakirə etdi 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı