Modern.az

Niderland ruslara viza verməyəcək

Niderland ruslara viza verməyəcək

Aktual

26 Aprel 2022, 17:50

Niderland aprelin 27-dən etibarən rusiyalılara qısamüddətli səfərlər üçün viza verilməsini dayandırır.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Niderland Xarici İşlər Nazirliyi qərar qəbul edib.

 

Qeyd olunub ki, Rusiyanın Niderland səfirliyinin konsulluq bölməsinin əməkdaşlarını “arzuolunmaz şəxs” elan etməsindən sonra ölkə belə qərara gəlib.

 

Xatırladaq ki, Rusiya XİN aprelin 19-da Niderlandın Moskvadakı səfirliyinin 14 əməkdaşını və ölkənin Sankt-Peterburqdakı baş konsulluğunun 1 əməkdaşını “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslərə Rusiyanı tərk etmək üçün 14 gün vaxt verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı