Modern.az

Bakıya gələn ÜST rəsmisi: “Ehtiyatı əldən vermək olmaz”

Bakıya gələn ÜST rəsmisi: “Ehtiyatı əldən vermək olmaz”

Aktual

26 Aprel 2022, 18:03

Azərbaycan koronavirus pandemiyasının öhdəsindən uğurla gəlir.

 

Modern.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının regional direktoru Hans Kluge jurnalistlərə açıqlamasında deyib.

 

Azərbaycanda COVID-19 infeksiyasına qarşı aparılan peyvəndləmənin miqyasının təqdirəlayiq olduğunu deyən H.Kluge ehtiyatı əldən verməməyi tövsiyə edib:

 

“Azərbaycanda COVID-19-a yoluxma hallarının nə qədər azaldığını görürük. Ölkədə peyvəndləmənin əhatə dairəsi də qənaətbəxşdir. Azərbaycan bu işin öhdəsindən gəlsə də, ehtiyatı əldən vermək lazım deyil. Xüsusilə payız fəslinin yaşlılar və immuniteti zəif olanlar üçün həssas dövr olduğunu unutmaq olmaz”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı