Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, ölüm faktı qeydə alınmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 675 nəfər müalicə olunaraq sağalıb, 9707 nəfər vəfat edib. Aktiv xəstə sayı 139 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4132, bu günə qədər isə ümumilikdə 6 801 484 test icra olunub.
