Modern.az

Britaniya Ukraynaya səsdən sürətli raketlər verir

Britaniya Ukraynaya səsdən sürətli raketlər verir

Aktual

27 Aprel 2022, 08:26

Böyük Britaniya bir neçə həftədən sonra Ukraynanı yüksək texnologiyalı raketlərlə təmin edə biləcək.

 

Modern.az xəbər verir ki, bunu Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi deyib.

 

Onun sözlərinə görə, Ukrayna son vaxtlar yerüstü hədəfləri məhv etmək üçün uzaqmənzilli operativ-taktiki raketlərin tədarükü üçün müraciət edib və Britaniya hökuməti bununla bağlı “Brimstone” raketlərinin tədarükü məsələsini öyrənib.

 

“Müdafiə nazirinin bu ehtimalı təsdiqləmək üçün parlamentə bəyanatla qayıtmasını gözləyirdik. Lakin texnikilərimizin işləmə sürəti ilə mən parlamentə bir neçə həftə ərzində “Brimstone” raketləri Ukraynaya təqdim edə biləcəyimizi bildirməkdən məmnunam”, - deyə Ceyms Hippi vurğulayıb.

 

Qeyd edək ki, 49 kiloqramlıq “Brimstone” ikili izləmə sisteminə malikdir. Həm lazer, həm də radarla idarə olunur. Bir raketin qiyməti 175 000 funt sterlinqdir. Təkmilləşdirilmiş sistem raketin 100 km/saatdan çox sürətlə hərəkət edən hədəfləri vurmağına imkan verir. Müasir zireh növləri və hava hücumundan müdafiə vasitələri səsdən sürətli raketin qarşısında aciz hesab olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı