Modern.az

10 cinayətin üstü illər sonra AÇILDI

10 cinayətin üstü illər sonra AÇILDI

Aktual

27 Aprel 2022, 10:28

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 71 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

    
Axtarışda olduğuna görə ümumilikdə 118 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.   

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Rəsmi məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı