Modern.az

Qadını hədələyib 4900 manatını OĞURLADILAR

Qadını hədələyib 4900 manatını OĞURLADILAR

Aktual

27 Aprel 2022, 11:34

Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə aprelin 23-də saat 5 radələrində “BTZ” bağlar sahəsində yaşayan bir qadının evinə gəlmiş 4 nəfərin onu bıçaqla hədələyərək dolabdan içərisində 4900 manat olan pulqabısını talamaları barədə müraciət daxil olub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Vüqar Bəylərov və Turan Dadaşlı müəyyən edilərək saxlanılıblar.

 

Rəsmi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı