Aprelin 27-də, saat 3 radələrində Qaradağ rayonunda iki piyada ölümü qeydə alınıb.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, hadisə Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində baş evrib.
Belə ki, Bakı şəhər sakini İ.Əsədzadə idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolun kənarında dayanmış Səyavuş Cəfərovu və Emil Qurbanovu vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.