Modern.az

Bakıda 8 yaşlı məktəbli intihar edib

Bakıda 8 yaşlı məktəbli intihar edib

Aktual

27 Aprel 2022, 12:32

Ötən gün Bakı şəhər Nəsimi rayonunda məktəbli intihar edib.

 

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki, İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü N.R yaşadığı N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asıb. Anası onu xəstəxanaya aparsa da, 8 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

 

İlkin araşdırmalar zamanı gəlinən ehtimala görə, məktəbli oğlan sinif yoldaşı ilə problem yaşayıb.

 

R.N-in anası hadisədən əvvəl oğlunun sinif yoldaşının məktəbdə onu incitdiyini dediyini bildirib. Bundan sonra azyaşlı mənzildəki oyun otağına keçib. Bir qədər sonra isə onun anası otağa daxil olub və 8 yaşlı övladının özünü asdığını görüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı