"Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, gürcüstanlı həmkarım ilk səfərini Azərbaycana edib. Biz bunu yüksək qiymətləndiririk"
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə birgə mətbuat konfransında deyib.
"Münasibətlərimizin 30 illiyi qeyd olunur. Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Eyni yanaşmanı Gürcüstandan görmüşük. Pandemiya dönəminə baxmayaraq, iki ölkə arasında 21 səfər olub. Ölkələr arasında hazırda 19 müqavilə baxılma səviyyədədir. Yaxın zamanda bu məsələlərə baxılması düşünülür. Bundan başqa 113 müqavilə bağlanıb. Ticarət, iqtisadi layihələrin hazırlanması sahəsində komissiyanın vacibliyi vurğulanmalıdır", - deyə XİN başçısı bildirib.