Modern.az

Zelenski və Putin İndoneziyada görüşə bilər

Zelenski və Putin İndoneziyada görüşə bilər

Aktual

27 Aprel 2022, 16:44

Ukrayna Prezidenti Volodimir Zelenski “G-20”nin İndoneziyada keçiriləcək Zirvə toplantısına dəvət olunub.

 

Modern.az xəbər verir ki, məlumatı Zelenski tviter səhifəsində paylaşıb.

 

“İndoneziya Prezidenti Coko Vidodo ilə telefonla danışdıq. Ukraynanın ərazi bütövlüyü və suvereniyini BMT-də dəstəklədiyi üçün ona təşəkkür etdim. Ərzaq təhlükəsizliyi problemini müzakirə etdik. “G-20”nin Zirvə toplantısına dəvətə görə təşəkkür edirəm”, - Zelenski yazıb.

 

Toplantıya Zelenski ilə yanaşı, Rusiya Prezidenti Vladimir Putin də dəvət alıb. 

 

"Bloomberg"də yer alan məlumata görə, Rusiya və Ukrayna liderləri sammit çərçivəsində görüşə bilər. Lakin tərəflərdən bununla bağlı hər hansı açıqlama verilməyib.

 

Qeyd edək ki, Zirvə toplantısı 2022-ci il noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı