Modern.az

İrəvanda aksiya zamanı qarşıdurma - Saxlanılanlar var

İrəvanda aksiya zamanı qarşıdurma - Saxlanılanlar var

Aktual

27 Aprel 2022, 17:58

Ermənistanda “Mənim şərəfim var” parlament fraksiyasının rəhbəri Artur Vanetsyanın təşəbbüsü ilə keçirilən aksiya zamanı İrəvanın Azadlıq meydanında nümayişçilərlə polis arasında toqquşma olub.

 

Modern.az xəbər verir ki, aksiya zamanı bir neçə nəfər saxlanılıb.

 

“Bir anda vəziyyət kifayət qədər gərginləşdi, polis etirazçıları sıxışdırmağa başladı. Aksiya yerinə xeyli sayda polis qüvvələri cəlb edilib. 5 aksiya iştirakçısı saxlanılıb”,- məlumatda deyilir.

 

Qeyd edək ki, bir neçə gündür Ermənistanda etiraz aksiyaları keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!