Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 534 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 694 nəfər müalicə olunaraq sağalıb, 9708 nəfər vəfat edib. Aktiv xəstə sayı 132 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4079, bu günə qədər isə ümumilikdə 6 805 563 test icra olunub.
