Modern.az

Ukraynada azərbaycanlı döyüşçü həlak oldu

Ukraynada azərbaycanlı döyüşçü həlak oldu

Aktual

27 Aprel 2022, 23:36

Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Birlik” Odessa diaspor təşkilatının sədr müavini, jurnalist Anar Natiqoğlu sosial şəbəkə hesabında məlumat paylaşıb.

 

O bildirib ki, uzun illər Ukraynada yaşayan 39 yaşlı Fuad Fərhad oğlu Məmmədov Donetsk vilayətinin Konstantinovka yaşayış məntəqəsi uğrunda döyüşlərdə həlak olub:

 

“Fuad bəyin atası istefada olan hərbi həkimdir. Şəhidimiz həm də çoxlarımızın birinci Qarabağ savaşından tanıdığı hərbi jurnalist Ağası Hun Məmmədli bəyin qardaşı oğludur. Başımız sağ olsun!”.

 

A.Natiqoğlu qeyd edib ki, Fuad Məmmədovun kiçik qardaşı Rasim də hazırda döyüşlərdə iştirak edir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı