Danimarka mayın 15-dən etibarən koronavirusa qarşı kütləvi peyvəndləməni dayandırır.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, hökumət pandemiyanın artıq nəzarət altında olması və cəmiyyətin peyvəndlənmə səviyyəsinin bu prosesi dayandırmaq üçün kifayət qədər yüksək olmasını nəzərə alaraq bu qərarı qəbul edib.
Səhiyyə orqanları bildirib ki, Danimarkanın 5,8 milyon əhalisinin təxminən 81 faizi peyvəndin iki dozasını, 61,6 faizi isə üçüncü “buster” dozasını alıb. Üstəlik, bu ilin yanvar ayından etibarən “buster” peyvənd almış ən həssas vətəndaşlara əlavə dördüncü doza peyvənd də təklif olunur.
Bu səbəbdən Danimarkada yeni infeksiyaların sayı və sabit xəstəxanaya yerləşdirmə nisbətlərinin azalması müşahidə olunur.