Aprelin 27-də saat 11 radələrində Biləsuvar rayonunun Arazbari kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, İmişli rayon sakini A.Qəhrəmanov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən Cəbrayıl rayon sakini V.Yunusovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub.
Nəticədə hər iki sürücü və V.Yunusovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Sürəyya Hüseynova ölüb.
Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.