Modern.az

11 min manatlıq ziyanla bağlı cinayət işi açıldı

11 min manatlıq ziyanla bağlı cinayət işi açıldı

Aktual

28 Aprel 2022, 12:04

“Facebook” sosial şəbəkəsində “ecofront” adlı səhifədə Qəbələ rayonunun Məmmədağalı kəndində ağacların qanunsuz kəsilməsi ilə bağlı məlumatlar üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Yenikənd meşəbəyliyinin 11 saylı dolayının vəzifəli şəxslərinin rayonun Məmmədağalı kəndi ərazisində bioloji inkişafda olmuş meşə fonduna daxil olan 55 ədəd müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi nəticəsində 11 min manat məbləğində ziyan dəyməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olub.


Fakt üzrə Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması üçün Qəbələ rayon prokurorluğuna göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı