Modern.az

Luqanskda Ukraynanın Su-24 təyyarəsi vurulub

 Luqanskda Ukraynanın Su-24 təyyarəsi vurulub

Aktual

28 Aprel 2022, 12:40

Rusiyanın hava hücumundan müdafiə sistemləri Luqanskın Nikolaevka yaşayış məntəqəsi üzərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24 təyyarəsini vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

 

“Rusiya Quru Qoşunlarının raket qoşunları və artilleriyası Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı gecə ərzində 408 hədəfi vurub. Nəticədə 18 komanda məntəqəsi və canlı qüvvənin, Ukrayna hərbi texnikasının cəmləşdiyi 383 ərazi məhv edilib",- rus general mətbuata açıqlamasında deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı