27 aprel 2022-ci il tarixində “İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun sakinləri üçün qəbul günü keçirib.
Modern.az xəbər verir ki, görüşdə sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandırılaraq, istəkləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Bundan başqa ehtimal olunan problemlərin aradan qaldırılması məqsədi ilə İdarənin müvafiq struktur və qurumlarına tapşırıqlar verilib.
Görüşün sonunda qeyd olunub ki, sakinlərlə görüşlər İçərişəhər və Qala qoruqlarında mütəmadi olaraq keçiriləcək.