Azərbaycanda ötən il insan alveri cinayətlərinə görə məsuliyyətə cəlb edilmiş şəxslərin sayı məlum olub.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında qeyd olunub.
Belə ki, 2021-ci ildə 13 nəfər insan alveri cinayətlərinə görə məsuliyyətə cəlb edilib. 2020-ci ildə isə bu rəqəm 21 olub.