Modern.az

Dilənçilik edən 450 uşağın valideynləri cəzalandırılıb

Dilənçilik edən 450 uşağın valideynləri cəzalandırılıb

Aktual

28 Aprel 2022, 16:21

Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında qeyd olunub.

 

Bildirilib ki, qeyd edilən şəxslər də daxil olmaqla övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 75 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir