Modern.az

45 ukraynalı əsirlikdən azad edildi

45 ukraynalı əsirlikdən azad edildi

Aktual

28 Aprel 2022, 20:47

Bu gün Ukraynada növbəti əsir mübadiləsi həyata keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk məlumat yayıb.

 

Mübadilə nəticəsində 45 ukraynalı Rusiyanın əsirliyindən azad edilib. Onlardan 13-ü zabit, 20-si əsgərdir, 5 nəfər isə yaralıdır. 

 

"Eyni zamanda 12 mülki vətəndaşımızı vətənə qaytarırıq", - deyə Vereşçuk bildirib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!