Modern.az

Ermənistanın müdafiə naziri Azərbaycanla sərhədə gəldi

Ermənistanın müdafiə naziri Azərbaycanla sərhədə gəldi

Aktual

29 Aprel 2022, 09:12

Ermənistanın müdafiə naziri Suren Papikyan ölkənin cənubunda – Azərbaycanla sərhəddəki  hərbi hissələrə baş çəkib.


Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazir mövqelərdə döyüş növbətçiliyinin aparılması şəraiti ilə tanış olub, şəxsi heyətlə söhbət edib. Hərbi hissənin komandiri, general-mayor Artak Budaqyan ona cəbhə xəttinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
 

Papikyan 3 aylıq təlim-məşq toplanışında ön sıralarda döyüş növbətçiliyində olan iştirakçılarla da görüşüb.

Yekun olaraq, nazir aşkarlanmış nöqsanların qısa müddətdə aradan qaldırılması üçün hərbi hissə komandirlərinə konkret tapşırıq və göstərişlər verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı