Modern.az

Türkiyəyə silah satışlarını asanlaşdırmalıyıq - Blinken

Türkiyəyə silah satışlarını asanlaşdırmalıyıq - Blinken

Aktual

29 Aprel 2022, 09:50

ABŞ dövlət katibi Entoni Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin büdcə iclasında Amerikanın xarici siyasətini qiymətləndirib.

Modern.az xəbər verir ki, bu zaman o, Cənubi Karolina millət vəkilinin "Mənə görə, xarici hərbi satışlarımız lazımsız bürokratiya tərəfindən əngəllənir. Məsələn, Türkiyə və Hindistan kimi müttəfiqlərimizə kömək etmək və onlarla işləmək üçün bu bürokratiyanı necə aradan qaldıra bilərik" sualına cavab verib. 


Blinken deyib: "Mən sizinlə razıyam, xarici satışlarla, xüsusən də təcili satışlarla daha yaxşı məşğul olmalıyıq. Bu, əlbəttə ki, icra hakimiyyətinin səlahiyyətinə aiddir.  Bu, vacib bir məqamdır, çünki biz həmin ölkələrlə müttəfiqlik etsək, Rusiya ilə uzun müddətdir müdafiə sahəsində əlaqələri olan bir çox ölkələr münasibətlərinə yenidən baxar”.


ABŞ-ın müttəfiqləri ilə müdafiə sahəsində əməkdaşlıq sahəsində buraxdığı boşluğun Rusiya tərəfindən doldurulduğuna işarə edən Blinken, Vaşinqtonun bu ölkələrə silah satışı prosesini sürətləndirmək üçün Konqreslə daha yaxından işləməyə hazır olduğunu deyib.


Xatırladaq ki, ABŞ Dövlət Departamentinin bu yaxınlarda Konqresə göndərdiyi məktubda F-16-ların Türkiyəyə satışının ABŞ-ın maraqlarına uyğun olduğu dəyərləndirilib. ABŞ dövlət katibi Blinken ötən həftə etdiyi çıxışda Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alan Hindistana qarşı CAATSA (Amerikanın Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı) sanksiyalarının tətbiq edilib-edilməməsi ilə bağlı hələ yekun qərar vermədiklərini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?