Bakıda avtobusda olan sərnişinin pulu oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.
Belə ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsi ərazisində marşrut avtobusunda Bakı şəhər sakini S.Qasımovanın çantasından 100 manat pulunu, bir həyətyanı sahədən su nasosu, bir avtomobildən akkumulyator, digər avtomobildən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Məmmədli müəyyən edilərək saxlanılıb.
Rəsmi məlumata görə, hazırda faktlarla bağlı araşdırma aparılır.