Modern.az

Yağış, dolu, külək - Bu günün havası

Yağış, dolu, külək - Bu günün havası

Aktual

30 Aprel 2022, 08:20

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-22° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı