Modern.az

Azərbaycanda cəmi 105 COVID xəstəsi var

Azərbaycanda cəmi 105 COVID xəstəsi var

Aktual

29 Aprel 2022, 16:34

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutka ərzində ölən olmayıb.

 

Ölkədə indiyədək ümumilikdə 792 558 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 744 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 105 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2731, bu günə qədər isə ümumilikdə 6 811 382 test icra olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı