Modern.az

Baş məşqçi idmançıların zəhərlənməsinə görə işdən çıxıb? 

Baş məşqçi idmançıların zəhərlənməsinə görə işdən çıxıb? 

Aktual

29 Aprel 2022, 23:19

Yeniyetmə cüdoçulardan ibarət yığmanın məşqçisinin Göygöl Olimpiya İdman Kompleksində baş verən xoşagəlməz hadisə ilə əlaqədar işdən ayrılması barədə xəbərlər həqiqətə uyğun deyil.

 

Modern.az xəbər verir ki, bu barədə Cüdo Federasiyasından bildirilib.

 

Qeyd olunub ki, baş məşqçi Federasiya ilə qarşılıqlı razılaşma əsasında tutduğu vəzifədən ayrılıb. Onun yerinə Rüstəm Alimli təyin edilib.

 

"Göygöldə özünü pis hiss edənlər 15 yaşa qədər idmançılardır. Ramiz Ramizzadə 15 yaşdan yuxarı 18 yaşa qədər cüdoçulardan ibarət milli yığmanın, yəni U18 yığmasının baş məşqçisi olub. Onun Göygöldəki hadisə ilə bağlı işdən azad edilməsi bu baxımdan mümkün deyil”, - açıqlamada vurğulanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı